İdman Akademiyasında “Ədalətli idman həftəsi 2025” tədbiri | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
11 Aprel - Ədalətli İdman Günündə Azərbaycan İdman Akademiyasında (ASA) tələbələrin iştirakı ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) elan etdiyi "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirilib.
ASA-nın dəstəyi ilə təşkil olunan tədbirin məqsədi gəncləri təmiz idman dəyərləri ilə tanış, ədalətli rəqabət və dürüstlük prinsiplərini təşviq etmək olub.
Tədbirin açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək idmanda dürüstlüyün və qaydalara sadiqliyin vacibliyini vurğulayıblar.
Qeyd ediblər ki, idmanda etik davranışların formalaşması yalnız qaydalarla deyil, eyni zamanda güclü maarifləndirmə ilə mümkündür.
Əvvəlcə iştirakçılar arasında interaktiv bilik yarışı keçirilib.
Antidopinq qaydaları, təmiz idmanın əhəmiyyəti və idman dəyərləri ilə bağlı suallardan ibarət yarışda yüksək nəticə göstərənlərə hədiyyələr təqdim olunub.
Daha sonra iştirakçılar qrup şəklində təbliğat strategiyası hazırlamaq üçün fəaliyyətə cəlb olunublar.
Tam oxu
Xəbəri oxu