İdman dırmanması yarışının qalibləri FOTO İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda kişilər arasında Belousov Stanislav (SOCAR) birinci olub.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədzadə yarışı ikinci, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Leyla Əliyeva, Sima Səfərova (hər ikisi FHN), Aysu Kərimzadə (Gənclər və İdman Nazirliyi) fərqləniblər.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu