Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Mehin Hümbətova idman etmədikdə arıqladığını bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, idmanla məşğul olduqda əzələ kütləsinin artdığını və daha çəkili göründüyünü deyib.
"Belə bir nüansı özümdə kəşf etmişəm. Mən idman etməyəndə arıqlayıram. Əzələ kütləm azalır. Bədən quruluşum ektomorf tipinə aiddir. Mən idman edəndə isə əzələ kütləm artır, bədənim formaya düşür və daha çəkili görünürəm. Ona görə də adətən çalışıram ki, idmana ara verməyim. Camaat idman edib arıqlayır, mən isə idman edib kökəlirəm".