İdman federasiyaları nümayəndələri ilə görüş

19.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.

Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış “AzerFit” layihəsinin icrası ilə tanış olub. Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə legionerlərlə bağlı məsələlər, “AzerFit” layihəsinin icrası, “Safeguarding”, UGİM-lərin yeni fəaliyyət modeli və “İdman veteranları” ictimai birliyinin fəaliyyəti müzakirə olunub. Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, “Yarışların keçirilmə qaydaları”nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, “İdman səfirləri” və “SportExpo” barədə təqdimatlar edilib.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью