İdman jurnalistindən Atletik Qarabağ oyunu ilə bağlı PROQNOZ

22.10.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik Bilbao" klubunun qonağı olacaq. "Atletik Bilbao"nun baş məşqçisi Valverde "Qarabağ"a 9:0 qalib gələcəkləri iddiasına münasibət olaraq bildirib ki, bu dəhşətdir. Onun sözlərinə görə, 1:0 normal hesab olar.

Bəs oyun necə nəticələnə bilər?

Redaktor.az-a açıqlamasında idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, belə fikirlər hər komandanın, hər oyunun ətrafında olur:

"Xüsusi ilə də bu Çempionlar Liqası oyunudur. "Qarabağ"ı istəməyənlər bu məsələni ortaya atıb ki, komandaya psixoloji təsir göstərsinlər. Amma "Qarabağ" komandası peşəkar komandadır, ucuz şayiələrə uymurlar".

Həmsöhbətimzin sözlərinə görə, "Qarabağ"ın psixoloji möhkəmliyi öz yerindədir.

"Düşünürəm ki, oyun bərabər bitəcək. Hətta bizim də xeyrimizə bitə bilər. "Atletik Bilbao" La Liqa təmsilçisidir, ən güclü rəqiblərdən biridir. Hesab təxminən 1-1, 0-0 və yaxud 1-0 bizim xeyrimizə başa çata bilər. Amma bu futboldur, rəqib də güclü rəqibdir. Amma mən hesab edirəm ki, oyun bizim xeyrimizə bitəcək. Hər hansısa xalla, bir xal, üç xal ilə böyük ehtimalla bizim xeyrimizə bitəcək", - deyə Ağa Dadaşzadə oyunla bağlı proqnoz verdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью