İdman kütləviləşdirilməlidir ki, futbolda uğurlarımız həmişə olsun

28.01.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dünyada ən kütləvi və geniş yayılmış idman növü olan futbolun Azərbaycanda inkişaf etdirilməsi dövlət tərəfindən hər zaman dəstəklənmişdir. Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın qısa müddətdə böyük uğur qazandığı sahələrdən biri də idmandır. Son illərdə idmançılarımızın dünya miqyasında keçirilən yarışlarda qazandıqları möhtəşəm qələbələr, respublikamızın beynəlxalq səviyyəli çempionatlara uğurla ev sahibliyi etməsi bunun bariz nümunəsidir.

Ölkəmizdə idmanın komanda növlərinin inkişafı da müşahidə olunur. Voleybolçu, xokkeyçi, basketbolçu qızlarımız layiqli nəticələr göstərirlər. Dövlətimizin idmana olan qayğısının nəticəsidir ki, futbol yığmalarımızın və klub komandalarımızın ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edirlər.

Azərbaycanda futbol dövlət dəstəyi, yeni strategiyalar və infrastruktur layihələri ilə inkişaf etdirilir. Yeni stadionların tikilməsi, məşqçi kursları və "Futbolun İnkişafı Strategiyası" bu sahədə davamlılığı hədəfləməlidir. 
Bu gün Azərbaycan komandaları güclü futbol ənənələrinə malik ölkələrin təmsilçiləri ilə başabaş mübarizə aparırlar. Son illər “Qarabağ”futbol klubu  öz oyunları ilə azarkeşlərə, bütün xalqımıza xoş anlar yaşatdığını xüsusi vurğulamalıyam. Amma ölkədə idman kütləviləşdirilməli, xüsusilə regionlarda idman futbol inkişaf etdirilməlidir.

Müşfiq Cəfərov 

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью