İdman Paytaxtında III İdman Festivalının 3cü günü FOTO İdman və Biz

21.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İdman Paytaxtı" Qubada təşkil olunan III İdman Festivalının 3-cü günü də maraqlı proqramla davam edib.

İdman.biz xəbər verir ki, əvvəlcə idmançılar “Gimnastika hamı üçün” məşğələsində musiqi sədaları altında isinmə hərəkətlərini yerinə yetiriblər.

Festival gün ərzində maraqlı, öyrədici və yaradıcı təlimlərlə davam edib. 13-15 yaşlı idmançılar müxtəlif təlimlərə qoşulub, yarışlarda iştirak edib, əyləncəli vaxt keçiriblər.

Günün sonunda isə idmançılara Quba Olimpiya İdman Kompleksində kino gecəsi təşkil olunub.

Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью