Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müntəzəm fiziki aktivlik bioloji yaşı etibarlı şəkildə azaldır, lakin ən nəzərəçarpacaq təsir məşqə erkən başlayanlar və dözümlü olanlarda müşahidə olunur.
Alimlər insanlar və heyvanlar üzərində aparılmış onlarla araşdırmanın təhlili nəticəsində belə qənaətə gəliblər.
Oxu.Az-ın xəbərinə görə, elmi icmal "Aging" jurnalında dərc olunub.
Nəticələr göstərib ki, fiziki aktivlik "epigenetik saat"ı - orqanizmin əsl bioloji yaşını təyin edən molekulyar mexanizmləri ləngidir.
Xüsusilə nəzərəçarpan dəyişikliklər qanda və skelet əzələlərində müşahidə olunur; aktiv insanlarda bu orqanlarda hüceyrə strukturlarının "cavanlaşması" görünür.
Alimlər bildirirlər ki, məşqlərin təsiri müxtəlif insanlarda və heyvanlarda fərqli ola bilər.
Bu, fiziki hazırlığın ilkin səviyyəsindən, fərdi xüsusiyyətlərdən və konkret orqanların işindən asılıdır.