İdman siyasətdən kənarda olmalıdır Peskov

15.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropanın rusiyalı idmançılara qarşı qadağaları heç bir şəkildə Olimpizmin prinsipləri və ideyaları ilə uyğun gəlmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. 

"Ölkələr tərəfindən ən güclüləri qəsdən kənarlaşdırmaqla yarışın nəticəsinə təsir göstərmək üçün açıq-aydın cəhdlər var. Viza almayan gimnastlarımız ən güclülərdir və yarışmaq üçün ora Niderlanda gediblər", - deyə Peskov izah edib. 

O əlavə edib ki, Rusiya idmançılarının maraqlarını müdafiə etmək üçün beynəlxalq idman federasiyaları ilə əlaqələrini davam etdirəcək.

Oktyabrın 13-də Rusiya Gimnastika Federasiyasının mətbuat xidməti Niderlandın beynəlxalq münasibətlərə təhdid olduğunu əsas gətirərək üç rusiyalı gimnastın Dünya Çempionatında iştirak etməsi üçün viza vermədiyini bildirmişdi. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью