İdman tarixində ən böyük müqavilə İdman və Biz

09.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Dominikanlı beysbolçu Xuan Soto MBL liqasının "Nyu York Mets" klubu ilə 15 il müddətinə 765 milyon dollar məbləğinə anlaşıb.

İdman.biz xəbər verir ki, bu, idman tarixində ən böyük müqavilədir.

İdmanda əvvəlki maaş rekordu 2023-cü ilin dekabrında "Los Anceles Docers" klubu ilə 10 il müddətinə 700 milyon dollarlıq müqavilə imzalayan yaponiyalı Shohei Ohtaniyə məxsus idi.

ESPN-in məlumatına görə, Sotonun müqaviləsində məbləğin 800 milyon dollara çata biləcəyi ilə bağlı bəndlər, həmçinin 5 ildən sonra müqavilədən çıxmaq kimi seçimi də var.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью