İdman TV Mahir Emrelinin oyunlarını canlı yayımlayacaq

04.12.2024

Operativmedia saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, söhbət Almaniyanın 2-ci bundesliqasının oyunlarıdan gedir.

Qeyd edək ki, 2-ci bundesliqada milli komandamızın hücumçusu Mahir Emreli çıxış edir. Məhz bu səbəbdən də çempionatın oyunları azarkeşlərimiz arasında maraq kəsb eir. Bunu nəzərə alan “İdman” TV oyunların yayım hüququna sahib çıxıb.

Artıq bu tur Mahirin çıxış etdiyi “Nürnberq” komandasının oyunu canlı yayımlanacaq. Həmyerlimizin forma geydiyi komanda bu həftənin cümə günü “Elversberq” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xatırladaq ki, keçən həftədən başlayaraq “İdman” TV basketbol üzrə Avroliqa turnirini də yayımlamağa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью