Icma.az, Lent az saytına istinadən bildirir.
Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib.
İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəsi hesab ediblər. Lakin hakimin hərəkətsiz qaldığını görən tibb işçiləri dərhal rinqə daxil olublar.
Həkimlər 75 yaşlı kişinin hadisə yerində öldüyünü təsdiqləyiblər.
Hadisədən sonra polis Xose Anxeli saxlayıb. Ona ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb.
Qeyd edək ki, Meksikada restlinq yarışları idmanla yanaşı, teatrlaşdırılmış şou elementlərini də özündə birləşdirir. Bununla belə, yarışlar zamanı idmançıların və digər iştirakçıların ciddi xəsarət alması halları da baş verir.
Faktla bağlı araşdırma aparılır.