Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Polşalı ultraüzgüçü Bartlomey Kubkovski tarixə düşüb. O, dünyada ilk dəfə olaraq İsveçdən Polşaya qədər Baltik dənizini fasiləsiz üzərək keçən insan olub.
İdmançı 55 saat ərzində suyu tərk etmədən və yatmadan 160 kilometrdən çox məsafə qət edib.
Kubkovski bu marşrutu daha əvvəl də bir neçə dəfə fəth etməyə çalışıb. O, 2021 və 2022-ci illərdə müvafiq olaraq 114 və 115-ci kilometrlərdə, fırtına və güclü külək səbəbindən yarışı dayandırmalı olub. 2023-cü ildə isə kəskin soyuma üzündən mübarizəni yarımçıq qoyub. 2025-ci ildə finişə cəmi 11 kilometr qalmış huşunu itirib.
Bu yay idmançı İsveçin Koseberqa kəndi sahillərindən suya daxil olub və 2 avqust axşamı Polşanın Dzyvnuv şəhərinin çimərliyində finişə çatıb.
Kubkovski bu marafon vasitəsilə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək göstərən Cancer Fighters fondunun xeyrinə 715 min zlotı (təxminən 15,5 milyon rubl) vəsait toplayıb.
S.ELAY
XQ