Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşalı idmançı Bartolomey Kubovski tarixdə ilk dəfə Baltik dənizini üzüb keçməklə tarixə düşüb.
Avtosfer.az xəbər verir ki, o, İsveçdən Polşayadək 160 kilometr məsafəni 55 saata üzüb. Bu müddətdə idmançı köməkçi gəmiyə toxunmayıb. O, qidanı da suda qəbul edib. Köməkçi heyət bildirir ki, gecə yuxusuzluqdan yaranan hallüsinasiyalara rəğmən, Kubovski fasilə verməyib.
İdmançını sahildə minlərlə pərəstişkarı qarşılayıb. Aksiya zamanı yığılan məbləğ xərçəng xəstələrinə kömək üçün xərclənəcək.
Vüqar