İdmançı dili ilə 57 ventilyatoru saxlayıb

08.01.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Hindistan vətəndaşı, kaskadyor Kranti Kumar Paniker dili ilə bir dəqiqədə 57 ventilyatoru dayandırmaqla, dünya rekorduna imza atıb.
Reyting.az
bildirir ki, Kranti Kumar Panikerə dərhal mükafat verilib və Ginnesin Rekordlar Kitabına düşdüyünü təsdiq edən sertifikat təqdim olunub.
Kranti Kumar Paniker Milanda İtaliyanın "Lo Show Dei Record" serialının çəkilişləri zamanı dünyada ilk dəfə, eləcə də belə dünya rekorduna görə artıq Avropada da məşhurlaşıb.
Qeyd olunur ki, Ginnesin Rekordlar Kitabına düşdüyünə dair sertifikat təqdim edilən zaman kaskadyor həyəcandan efirdə diz üstə çöküb və göz yaşlarına hakim ola bilməyib.

Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью