İdmançı qadın məşq zamanı infarkt keçirtdi

04.02.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

20 yaşlı idmançı Jazmin Qarza idman zalında çəki qaldıran zaman infarkt keçirib. Sevgilisi İsaak Ayala ilə məşq edən Qarzanın başı gicəllənib və yerə yıxılıb.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, ürəyi dayanan və nəfəsi kəsilən Jazminə İsaak dərhal ürək masajı edib. Gələn tibb işçiləri ürəyi yenidən işə salmaq üçün şok terapiyası tətbiq ediblər.

Ayova ştatında yaşayan Texas əsilli Jazmin dəfələrlə infarkt keçirib və həmin an ürəyi 5 dəqiqə dayanıb.

İki həftəlik müalicədən sonra Jazmin tam sağalıb. Cütlük yüksək müalicə xərcləri və işlərini itirmələri səbəbindən maddi sıxıntılar yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью