İdmançıhəkim rəqibini xəstəxanalıq etdi FOTO

24.11.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Çinin Makao şəhərində keçirilən "UFC Fight Night 248" turniri çərçivəsində "Road to UFC" şousunun final döyüşləri baş tutub.

Manset.az championat.com-a istinadən xəbər verir ki, döyüşlərin birində çinli qadınlar Min Şi və Syaoçan Fen qarşılaşıblar.

Cütlükdə sonuncusu favorit sayılsa da, Min Şi üçüncü raundun ilk dəqiqəsində rəqibinin başına güclü zərbə endirib. Fen özünü pis hiss edərək yerə yıxılıb və hakimin müdaxiləsinədək daha bir neçə zərbə alıb. Nəticədə, o xərəyə qoyularaq birbaşa xəstəxanaya aparılıb.

Maraqlıdır ki, rəqibini xəstəxanalıq edən Şinin əsl peşəsi də həkimlikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью