İdmançılar mağazada müdirini döydülər

08.01.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Nevada ştatında mağazada dava düşüb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bodibilderlər Nevadada idman zalının yaxınlığında yerləşən mağazadan hər gün 200-dən 

çox yumurta aldığıından mağaza sahibi ilə idmançılar arasında gərginlik yaşanıb. Yumurta idmançılara enerji və mədələrinə ağırlığı vermədiyindən ən optimal qida hesab olunur. Hətta idmançılar günə 12 yumurta yeyə bildiyindən onların çox sayda yumurta alması normal hesab edilir.

Ancaq mağaza sahibi hər səhər bu qədər yumurtanın eyni adamlara satılmasını digər müştərilərə qarşı hörmətsizlik kimi qələmə verib.

Buna görə də tərəflər arasında mübahisə yaranıb.

Nəticədə bodibilderlər mağaza sahibini döyüb başında yumurta sındırıblar.

Polis hazırda faktla bağlı araşdırma aparır.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью