İdmançılarımız 3 qızıl medal qazandı

27.11.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Özbəkistanın Andijan şəhərində peşəkar qol güləşi liqasının final mərhələsi üçün keçirilən seçim turunda idmançılarımız qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, bunlar 115 kq çəki dərəcəsində Azər Məhərrəmov, 105 kq çəki dərəcəsində Ağaseyid Aslanov və 85 kq çəkidə Toğrul Şahlarlıdır.

İdmançılarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində dünyanın ən güclüləri ilə mübarizə aparacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью