İdmançılarımız İndoneziyada bürünc medal QAZANDILAR

04.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada təşkil olunan beynəlxalq turnirdə bürünc medal qazanıb. 
Bu barədə Bizim.Media-ya Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 
O, "BLC Open" turnirində oğlanların qoşa yarışında üçüncü olub. Yeniyetmə badmintonçu şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib. 
Qeyd edək ki, Əli Gözəlov təhsilini İndoneziyada davam etdirir və buradakı təlim-məşq toplanışlarına qatılır. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью