İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar FOTO

06.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.

Apasport.az xəbər verir ki, yarışa yollanan doqquz idmançımızın hər biri medal qazanıb.

Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər. 

Nurlan Kərimli (-66 kq), Cəsur İbadlı (-90 kq), Könül Əliyeva (-48 kq) və Südabə Ağayeva (-70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (-60 kq), Mehdi Abbasov (-81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq) və Əli Qazıməmmədov (-100 kq) bürünc medallara yiyələniblər. 

Qeyd edək ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.

Azərbaycanı EYOF-da təmsil edəcək velosipedçilər müəyyənləşib Almaniyada Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib - FOTO İdmançılarımız Bolqarıstandan 3 qızıl medalla qayıdıb - FOTO Təmsilçimiz Sofiyada ikinci qızıl medalını qazanıb Kristian Horner "Red Bull"u tərk edib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью