İdmançılarımız Türkiyədə 7 qızıl medal qazandı

24.11.2024

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbçilər arasında kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 12 medal qazanıblar.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью