İdmançıların hücum etdiyi DSX mayoru: Ramal Aslanov öz dəstəsi ilə iki dəfə evimə hücum çə…
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur.
Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuş
Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib".
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da saxlanıldığını əlavə edib: "Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.
Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı.
Ramal Aslanov hazırda 48 saatlıq saxlanılıb". F.Zeynalov hadisənin təfərrüatını açıqlayıb: "Təxminən saat 01:00 olardı.
Tam oxu
Xəbəri oxu