İdmançıların yeni reytinq cədvəli

02.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

GİN-in mətbuat xidmətindən verilən məlumata görə, ötən ayla müqayisədə siyahıda dəyişiklik olub. Boks üzrə Avropa çempionu olan Səidcəmşid Cəfərov 350 xalla 1-ci pilləyə yüksəlib.

Taekvondoçu Qaşim Maqomedov 305 xalla 2-ci, cüdoçu Hidayət Heydərov isə 270 xalla 3-cü sırada qərarlaşıb.

Bir neçə ayda reytinqə başçılıq edən yunan-Roma güləşçisi Həsrət Cəfərov isə yeddinci sırada yer alıb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью