İdmançımız 36 aylıq diskvalifikasiya olundu KONKRET

01.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.

KONKRET.az AMADA-ya istinadən xəbər verir ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.

Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.

Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью