İdmançımız Almaniyada bürünc medal qazandı KONKRET

25.01.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən “H&N Kuboku”nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından KONKRET.az-ya verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.

Turnirə yanvarın 26-da yekun vurulacaq.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью