İdmançımız Belarusda iki qızıl medal qazandı

20.02.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan paraüzgüçüsü Raman Salei Belarusun Brest şəhərində təşkil olunan Açıq Paraüzgüçülük Kubokunda iki qızıl medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Paralimpiyaçı S12 kateqoriyasında mübarizə apararaq iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 100 metr məsafəyə sərbəst üzməkdə 55.29 saniyə nəticə göstərib. R.Salei həmçinin 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzmədə 59.17 saniyə nəticə ilə qızıl medala sahib çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью