İdmançımız beynəlxalq turnirin qalibi olub

24.08.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

22–24 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində “Marmara Kuboku” beynəlxalq karate turniri baş tutub.

Apasport.az xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsindən yüzlərlə idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycanı uğurla təmsil edən yeniyetmə karateçimiz Seyidəli Fəttahlı böyük nailiyyət qazanıb.

14–15 yaşlı idmançıların mübarizə apardığı -52 kq çəki dərəcəsində qüvvəsini sınayan Seyidəli turnir ərzində 6 döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək, qızıl medalın sahibi olub.

O, final görüşündə də üstünlüyünü qoruyaraq, kürsünün ən yüksək pilləsinə qalxıb və beynəlxalq turnirin çempionu adına layiq görülüb.

Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb Azərbaycanda federasiya prezidenti qəfil dünyasını dəyişdi “Zəfər Kuboku”nun açılış mərasimi keçirilib - FOTO Karateçimiz dopinqə görə cəzalandırılıb Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью