İdmançımız dünya reytinqində ilk onluq dadı

16.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anna Skidan çəkicatma üzrə dünya reytinqində 9-cu yerdədir. Sport24.az xəbər verir ki, Paris Olimpiadasında 7-ci yeri tutan Azərbaycan idmançısının hesabında 1274 xal var.

Skidanın topladığı xallarda ötən ilin dörd nəticəsi əks olunub - bunlar Yay Olimpiya oyunlarının təsnifat və final yarışları, həmçinin mükafatçısı olduğu Polşa və Norveçdəki turnirlərdir.

Reytinqdə lider olimpiya çempionu Kamrin Rocersdir (Kanada), ikinci yerdə amerikalı Bruk Andersen qərarlaşıb, Annet-Nneka Eçikunvok isə üçüncüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью