İdmançımız Edirnədə keçirilən beynəlxalq turnirdə çempion oldu

18.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Edirnə şəhərində 8-ci Açıq Balkan-Avrasiya Kuboku yarışı keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, yarışda Azərbaycan idmançısı Şamil Hacızadə böyük uğura imza atıb.

Belə ki,Uşu-Sanda üzrə təşkil olunan turnirdə o, kişilər arasında 80 kq çəki dərəcəsində mübarizə aparıb. Ş.Hacızadə yarış boyunca iki türk rəqibini məğlub edərək qızıl medal qazanıb və turnirin çempionu olub. Uğurlu çıxışı ilə Şamil Hacızadə Azərbaycan bayrağını podiumun zirvəsində dalğalandırıb.

Qeyd edək ki, Balkan və Avrasiya ölkələrindən onlarla idmançının qatıldığı bu nüfuzlu turnir uşu-sanda idman növü üzrə beynəlxalq arenada mühüm yarışlardan biri hesab olunur.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью