İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

12.04.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Bakıvaxtı.az xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda imza atıb.

Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.

Bu rekord hazırda türkiyəli Osman Gürcüyə məxsus idi (16.70). N. Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью