İdmançımız Serbiyada gümüş medal qazandı

25.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən “Walther Youth Cup” turnirində gümüş medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə final mərhələsində 235.0 xal toplayıb.
Qeyd edək ki, turnirdə 12 ölkədən 320 idmançı mübarizə aparıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью