İdmançımız Türkiyədə qızıl medal qazandı

01.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 25-30-da Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.

Modern.az xəbər verir ki, Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal toplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.

Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.

Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью