İdmançımız üç il müddətinə yarışlardan kənarlaşdırıldı

07.01.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью