İdmanın sərhəd tanımadığı həmin an VİDEO

23.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərinin sakinləri qarla bağlı yaranmış çətinliklərə baxmayaraq, qeyri-adi təşəbbüsləri ilə diqqət çəkiblər.

İdman.Biz xəbər verir ki, şəhərdə hökm sürən güclü qar fırtınalarından sonra bir qrup yerli sakin idman zalına gedə bilmək üçün təxminən 10 metr uzunluğunda tunel qazıb.

Belə ki, region hələ də “qar apokalipsisi”nin fəsadlarını aradan qaldırmaqda olsa da, insanlar ruhdan düşməyib. Əllərində kürəklərlə birləşən həvəskarlar qısa zamanda əsl yeraltı keçid yaradıblar.

Bu hadisə çətin şəraitdə belə motivasiyanın və birlik ruhunun nə qədər güclü olduğunu göstərib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью