“iDOST” beynəlxalq platformada təqdim olundu

20.11.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin süni intellekt əsaslı “iDOST” rəqəmsal köməkçi layihəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “OECD.AI Policy Navigator” platformasında yerləşdirilib. 

"Cebheinfo.az" xəbər verir ki, süni intellektin tətbiqi sahəsində 80-dən çox ölkəyə aid təcrübə və təşəbbüsləri əhatə edən bu beynəlxalq platformada “iDOST”un məqsədi, funksional imkanları, əldə etdiyi nəticələr və s. barədə məlumat verilir.

Qeyd edilib ki,  “iDOST” rəqəmsal köməkçisi vətəndaşların əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə suallarının 24/7 rejimində operativ cavablandırılmasına, onların müraciətlərinə uyğun xidmətlərə yönləndirilməsinə dəstək verir.

“OECD.AI Policy Navigator” platformasında Nazirliyin cari ilin yanvarında istifadəyə verilən bu rəqəmsal köməkçi xidmətini işıqlandırılması Azərbaycanda dövlət xidmətlərində rəqəmsal transformasiyanın genişlənməsi və süni intellekt həllərinin tətbiqi, innovativ həllər vasitəsilə vətəndaş məmnunluğunun artırılması istiqamətində uğurlu təcrübələrin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm önəm kəsb edir.

(https://oecd.ai/en/dashboards/policy-initiatives/ai-based-idost-digitalassistant )

Gülər 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью