“İdrak“ liseyində güllələnən müəllimin durumu açıqlandı

15.02.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Moderator.az oxu.Az-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib:

"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью