İdris Alışov bu vəzifəyə gətirilir KONKRET

09.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinə (ASC) yeni sədr təyin olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat dərc edib.

Məlumata görə, 17 yanvar 2025-ci il tarixində, saat 10:00-da Səməd Vurğun 2 (İdrak liseyi) ünvanında ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda “Sumqayıt Tikinti-2” ASC-də sədr dəyişikliyi və Alışov İdris Mönsüm oğlunun yeni sədr təyin olunması məsələləri müzakirə ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью