İdris Elba cəngavər tituluna layiq görüldü Foto

03.06.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Məşhur britaniyalı aktyor İdris Elbaya Böyük Britaniyanın Kralı III Çarlz tərəfindən rəsmi olaraq cəngavərlik titulu verilib.
Yeniavaz.com
xəbər verir ki, bu titul ona “Ser İdris Elba” kimi müraciət olunmasını tələb edir.
Elbadan əvvəl bu şərəfə yalnız kinonun ən ikonik simaları layiq görülüb. Onların arasında Entoni Hopkins, Patrik Stüart, Maykl Keyn, Qeri Oldman və başqaları var.
Qeyd edək ki, İdris Elba “Lüter”, “Tor”, “Qaranlıq qüllə”, “Üç min illik arzu” və “Dövlət başçıları” kimi filmlərdəki rolları ilə tanınır.
O, həmçinin 2012-ci ildə “Qızıl Qlobus” mükafatını qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью