Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanda qida məhsullarının idxal və ixrac prosesləri "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb.
XQ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bəyan edib.
Sədr müavini hazırda Azərbaycanın dünyanın 70-dən çox ölkəsinə müxtəlif növ məhsul ixrac etdiyini diqqətə çatdırıb: "Cari ilin birinci yarımilliyində bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (yəni 49 703 ton) artıb. Bununla yanaşı, ABŞ, Avropa İttifaqı ölkələri və Rusiya da daxil olmaqla, qlobal bazara 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur".
Ə.Nəbiyev Çin bazarına çıxış imkanlarının genişləndirilməsinə də toxunub. O bildirib ki, Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını tənzimləyən 3 mühüm protokol imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın 39 müəssisəsinin istehsal etdiyi 65 məhsul Çinin "CIFER" elektron reyestr sistemində uğurla qeydiyyatdan keçib.