IEA qlobal neft təklifi ilə bağlı proqnozunu açıqlayıb

14.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin sentyabr ayında qlobal gündəlik orta neft təklifi əvvəlki ayla müqayisədə 2,5 milyon barel artaraq 102,3 milyon barelə çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında bildirilib.

Hesabata əsasən, “OPEC+” ölkələrinin qlobal gündəlik orta neft təklifi 2,1 milyon barel artıb. Bu artımda əsas pay Səudiyyə Ərəbistanına məxsus olub. “OPEC+” razılaşmasına daxil olmayan ölkələr arasında isə artıma ən böyük töhfəni Birləşmiş Ərəb Əmirlikləri verib.

Bununla yanaşı, Fars körfəzi regionunda hücumların yenidən intensivləşməsi neft tədarükünün bərpasını kövrək vəziyyətdə saxlayır.

IEA-nın proqnozuna görə, 2026-cı ildə qlobal gündəlik orta neft təklifi 5,8 milyon barel azalaraq 100,7 milyon barelə düşəcək. 2027-ci ildə isə göstəricinin 7,7 milyon barel artacağı gözlənilir.

Xatırladaq ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью