Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Futbol Assosiasiyası (İFA) “Tottenhem” və “Aston Villa” klublarına cəza kəsib.
"Football-plus.az" xəbər verir ki, buna səbəb ölkə kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən oyunda baş verən qalmaqal olub. İFA hər iki klubu futbolçularına nəzarət edə bilmədikləri üçün günahkar sayıb. Klublar günahlarını etiraf etdikləri üçün araşdırma tez yekunlaşıb və tərəflərə 125 min funt sterlinq məbləğində cərimə kəsilib.
Xatırladaq ki, “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə sona çatan matçda gərginlik pik həddə çatmış və futbolçular arasında kütləvi dava-dalaş düşmüşdü.