IFAB futbol qaydalarına dəyişiklik etdi

01.03.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qapıçılarla bağlı yeni qayda qəbul edib.

Futbolpress.az xəbər verir ki, yeni qaydaya əsasən, əgər qapıçı topu əlində 8 saniyədən çox saxlasa, rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq.

Qapıçı topu gecikdirirsə (altı saniyədən çox) cərimə zərbəsi verilir. Lakin hakimlər çox vaxt bu qaydaya məhəl qoymurlar.

IFAB kapitan rolu ilə bağlı qaydanı da dəyişdi. Yalnız kapitan hakimlə danışmaq səlahiyyətinə malik olacaq. Bu yanaşma əvvəllər də bəzi turnirlərdə istifadə olunub.

Qeyd edək ki, dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью