İfadə verməyə çağırıldı: özünü binadan atdı

12.12.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Rusiyanın Krasnoyarsk şəhərində bir nəfər İstintaq Komitəsinin binasının pəncərəsindən yıxılaraq ölüb.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, hadisə Respublika küçəsində baş verib. Kişi 11-ci mərtəbədən yaxınlıqdakı iki mərtəbəli binanın damına yıxılıb.

Əvvəllər o, şəhər rəhbərinin birinci müavini Aleksey Davıdovun işi üzrə dindirilib. Dindirilmə zamanı kişi tualetə getmək istəyib, lakin bir daha geri qayıtmayıb. İstintaq Komitəsi araşdırma aparır.
Hadisənin intihar olduğu ehtimal edilir, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью