İflas etdiyini elan etdi 2 əsrlik tarixin SONU

24.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın dünyaca məşhur avtomobil markası olan Mercedes nişanının istehsalçısı iflas edib.

Milli.Az Bloomberg-ə istinadən xəbər verir ki, Gerhardi Kunststofftechnik noyabr ayında müflis olduğunu elan edib.
Agentlik qeyd edir ki, 200 ildən çox yaşı olan şirkət "Avropa avtomobil sənayesindəki hazırkı tənəzzülə" tab gətirə bilməyib. Ötən əsrin 20-ci illərində Böyük Depressiyadan və iki dünya müharibəsindən sağ çıxa bilən şirkətin iflası geniş rezonansa səbəb olub.
Bloomberg iflasın təxminən 1500 şirkət işçisinə təsir edəcəyini qeyd edir. /Musavat.com

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью