İftar məclisinə getmək üstündə ərini bıçaqladı

06.03.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə qadın ərini bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsunun Canik qəsəbəsində baş verib.

2 uşaq anası 41 yaşlı E. A.Ç. ilə qızı arasında iftara getmək üstündə mübahisə yaranıb. Bu zaman qadının əri A. Ç. arvadına müdaxilə edib və bundan sonra mübahisə onlar arasında davam edib. Qəflətən qadın bıçaq götürərək ərinə zərbələr vurub.

Yaralanan kişi xəstəxanaya yerləşdirilib. Qadın saxlanılaraq, məhkəməyə çıxarılıb. Məhkəmə istintaq dövrü üçün onu şərti azadlığa buraxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью