İftara xoruz kəsmək istəyən kişi həyatından oldu

01.03.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ankarada xoruz kəsərkən ayağından yaralanan Nurettin Ərdəm qan itkisindən dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hadisə günorta saatlarında baş verib. İftar üçün xoruz kəsmək istəyən Nurəddin Ərdəm ayağından bıçaqla yaralanıb.

Qonşularının köməyi ilə o, xəstəxanaya çatdırılıb. Lakin 58 yaşlı Ərdəm həddindən artıq qan itkisi səbəbindən ölüb. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью