İğdırda 201 ədəd Bizans sikkəsi ələ keçirilib

30.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyənin İğdır şəhərində tarixi əsər qaçaqmalçılığı əməliyyatında şübhəli ələ keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, İğdır İl Jandarma Komandirliyi qrupları şəhər mərkəzində tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan şübhəlini təqib edib.

Şübhəlinin avtomobilini saxlayaraq axtarış edən qruplar Bizans dövrünə aid 201 qızıl sikkə ələ keçirib.

Şübhəli qruplar tərəfindən nəzarətə alınıb, pullar polis nəzarətinə götürülüb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью