İğdırda Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

03.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 3 iyun, AZƏRTAC

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev İğdır Universitetində olub. O, bu ali təhsil müəssisəsinin yeni rektoru, professor Ekrem Gürel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında təhsil və akademik sahələrdə əlaqələrin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E.Gürel Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətə ali təhsil müəssisələrinin töhfəsini vurğulayıb, birgə layihələrinin, eləcə də mübadilə proqramlarının tələbə və müəllimlər üçün əhəmiyyətli stimul olduğuna əminliyini ifadə edib.

Baş konsul İğdır Universitetinin rektoruna yeni vəzifəsində uğurlar arzulayıb.

E.Gürel İğdıra təyin olunana qədər Türkiyə-Azərbaycan Cəmiyyətinə rəhbərlik edib, Bolu Abant İzzət Baysal Universitetinin Təbiət elmləri və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Ramin Abdullayev

AZƏRTAC-ın müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью