İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

31.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 31 oktyabr, AZƏRTAC

Noyabrın 4-də Türkiyənin Azərbaycanla həmsərhəd İğdır vilayətində 44 günlük Vətən müharibəsində Qələbənin altıncı ildönümünə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

“İğdır Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acar AZƏRTAC-a bildirib ki, tədbirin təşkilinə İğdır Valiliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Qarsdakı Baş konsulluğu dəstək göstərəcək.

“Azərbaycanın qəhrəmanlıq tarixinin qızıl səhifələrinin qardaş Türkiyədə də tanıdılması bizim üçün çox vacibdir”, – deyə Ziya Zakir Acar vurğulayıb.

İğdır Mədəniyyət Mərkəzində tədbir iştirakçıları qarşısında Naxçıvan Dövlət Filarmoniyasının kollektivi çıxış edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью